AZ

ABŞ-nin aviadaşıyıcısı Aralıq dənizində gəmi ilə toqquşub

"USS Harry S. Truman" aviadaşıyıcısı Aralıq dənizində ticarət gəmisi ilə toqquşub.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Harry S. Truman" aviadaşıyıcısı Aralıq dənizində ticarət gəmisi ilə toqquşub.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatında deyilir. 

Hadisə nəticəsində itkilər barədə hələlik məlumat yoxdur.

Rəsmi açıqlamada bildirilir ki, aviadaşıyıcı 12 fevral axşam saatlarında Misirin Port-Səid şəhəri yaxınlığında "Besiktas-M" adlı gəmi ilə toqquşub.

"Gəminin mühərrik sistemləri zərər görməyib və təhlükəsiz vəziyyətdədir. Hadisə ilə bağlı araşdırma aparılır", – deyə məlumatda qeyd olunur.

Buna qədər ötən ilin dekabr ayında "USS Harry S. Truman" aviadaşıyıcısı döyüş qrupuna daxil olan bir kreyser səhvən atəş açaraq Qırmızı dənizdə havaya qalxan F/A-18 qırıcı təyyarəsini vurmuşdu.

Seçilən
21
operativmedia.az

1Mənbələr