Fransa parlamenti ölkədə birdəfəlik elektron siqaretlərə qadağanı nəzərdə tutan qanunu qəbul edib.
Qəbul olunmuş sənəd siqaret çəkmək üçün əvvəlcədən doldurulmuş və yenidən doldurulması mümkün olmayan elektron siqaretlərin Fransada satışını və ya başqa şəkildə yayılmasını qadağan edir.
Qanun layihəsinin müəlliflərinin fikrincə, birdəfəlik siqaretlərin çəkilməsi bir tərəfdən insanların, xüsusən də bu tip cihazlardan çox istifadə edən tələbələrin sağlamlığına mənfi təsir göstərir. Digər tərəfdən bu cihazların akkumulyatorları bir istifadədən sonra atıldığı üçün ətraf mühitə də xeyli ziyan vurur.
Xatırladaq ki, bu qanun layihəsi fevralın 4-də Milli Assambleya (parlamentin aşağı palatası) tərəfindən qəbul edilmişdi.