Rusiya Prezidenti Vladimir Putin güclü danışıqlar aparan şəxsdir.
Rusiya Prezidenti Vladimir Putin güclü danışıqlar aparan şəxsdir və Ukrayna üzrə sülh razılaşmasına nail olmaq üçün lazımdır.
Operativ Media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte alyansın müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
"2010-2014-cü illərdə əvvəlki vəzifəmdə onunla çoxlu görüşlər keçirmişəm. O, güclü danışıqlar aparan şəxsdir. Əgər sülh sazişi istəyiriksə, ona ehtiyacımız var", - deyə o bildirib.