Avropa Liqasında Türkiyə təmsilçisi "Fənərbağça" Belçikanın "Anderlext" komandası ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, Türkiyə nəhəngi rəqibini darmadağın edib-3:0. Oyunun əvvəllərində artıq hesab açılıb. 11-ci dəqiqədə Serbiyalı ulduz, Duşan Tadiç fərqlənib. Matçın 42-ci dəqiqəsində Edin Dzeko, 57-ci dəqiqədə isə, En-Nesyri fərqlənib. Bununla da, İstanbul təmsilçisi səfər oyununa böyük üstünlüklə yollanacaq.
Qolların videosunu təqdim edirik: