AZ

Univermaqda qaz partladı – 5 ölü, 13 yaralı

Tayvanın qərbində yerləşən Tayçjun şəhərindəki univermaqda qaz partlayışı baş verib. Hadisə nəticəsində beş nəfər ölüb, 13 nəfər yaralanıb.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Hazırda yerli yanğınsöndürənlərin dəstəyi ilə hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

**

Tayvanın qərbində yerləşən Tayçjun şəhərindəki univermaqda baş verən partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.

Bu barədə “Focus Taiwan” yanğınsöndürmə xidmətinin nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Ərazidə yanğınsöndürənlər və həkimlər işləyir.

Ehtimal olunur ki, partlayış qaz sızması nəticəsində baş verib.

Baş verənlərin təfərrüatları araşdırılır.

Seçilən
14
2
avtosfer.az

4Mənbələr