AZ

Görüntülər olmasaydı, onlara kimsə inanmazdı - VİDEO

Çilinin Pataqoniya sahillərində kanoeçilər Adrian Simankas və atası Dell Simankasın başına görülməmiş hadisə gəlib.

Bu barədə “Associated Press” görüntülər yayıb.

Belə ki, onlar qayıq sürərkən dalğanın arasından peyda olan balina Adrianı sarı qayığı ilə birlikdə udur, lakin çox çəkmir ki, onu sağ-salamat geri qaytarır.

Adrianın bir neçə metr aralıda olan atası həmin anları videoya çəkir.

Oğlu balinanın ağzından çıxandan sonra onun “Sakit ol, sakit ol” dediyi eşidilir.

Adrian həmin an yaşadığı hissləri belə ifadə edir:

“Birinci öldüyümü düşündüm. Əsl qorxum yenidən suyun üzünə çıxandan sonra yarandı. Mən qalxıb üzməyə başlayanda atamın da başına nəsə gələ biləcəyindən, sahilə vaxtında çata bilməyəcəyimizdən və ya hipotermiya (red.- insan bədənində temperaturun aşağı düşməsi nəticəsində yaranan simptom) olacağımdan qorxdum”.

Qeyd edək ki, kanoeçilərin hər ikisi hadisə zamanı heç bir xəsarət almadan sahilə qayıdıb.

Filmləri xatırladan həmin görüntüləri təqdim edirik:

"Cebheinfo.az"

Seçilən
52
4
cebheinfo.az

5Mənbələr