Moldova hakimiyyəti pilotsuz uçuş aparatları ilə ölkənin hava məkanının pozulmasına cavab olaraq ölkədə fəaliyyət göstərən "Rus Evi"nin fəaliyyətini dayandırır.
Moldova Rusiya ilə 1998-ci ildə imzalanmış Mədəniyyət Mərkəzlərinin Fəaliyyəti haqqında Razılaşmadan çıxdığını da bəyan edib.
Moldovanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Rus Evi də məhz ləğvetmə proseduru başa çatdıqdan sonra bağlanacaq.
Hadisə baş verən gün Rusiyanın Moldovadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, ona qətiyyətli etiraz bildirilib və bu kimi təşəbbüslərin təhlükəsizliyə və Moldovanın vətəndaşlarına ciddi təhdid yaratdığı qeyd edilib: “Eyni zamanda, rusiyalı diplomata bildirilib ki, analoji addımlar milli suverenliyin pozulması olmaqla, qeyri-dost xarakterli bir addımdır”.
O da bildirilib ki, diplomata ölkənin ərazisində yerə düşən PUA-ların fraqmentləri əks olunan fotoşəkil nümayiş etdirilib.
Rəsmi Kişinyov növbəti dəfə Rusiya hakimiyyətini analoji addımlardan çəkinməyə, ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
10Mənbələr
-
demokrat.azBu ölkə də "Rus Evi"ni bağlayır ( 15460083)
-
nocomment.azMoldova da “Rus Evi”ni bağlayır ( 15457807)
-
referans.azDaha bir ölkə “Rus Evi”ni bağlayır ( 15457255)
-
news365.azBu ölkə də "Rus Evi"ni bağlayır ( 15456865)
-
sfera.azBu ölkə də "Rus Evi"ni bağlayır ( 15456571)
-
cebheinfo.azMoldova da Rus Evinin fəaliyyətini dayandırır ( 15456567)
-
infoaz.wsBu ölkə də “Rus Evi”ni bağlayır ( 15456505)
-
axar.azBu ölkə də "Rus Evi"ni bağlayır ( 15456171)
-
manset.azDaha bir ölkə "Rus Evi"ni bağlayır ( 15456021)
-
pravda.azBu ölkə də "Rus Evi"ni bağlayır ( 15455941)