AZ

NATO üzvləri bu plan barədə razılaşdı

NATO üzvləri Alyans ölkələrinin müdafiə sənayesini bərpa etmək planı barədə razılaşıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Onun fikrincə, bu sahədə müəyyən dəyişiklik olmalıdır: "Bu gün alyansın bütün ölkələrində güclü müdafiə sənayesi qurmaq üçün yenilənmiş fəaliyyət planını razılaşdırdıq".

Baş katib əlavə edib ki, bu plan alyansı daha da gücləndirəcək, Avropa və Şimali Amerikada daha çox iş yerləri yaradacaq.

Seçilən
14
3
olke.az

4Mənbələr