UEFA Konfrans Liqasında bu gün pley-off mərhələsinin ilk oyunları keçirilib.
“Report”un məlumatına görə, "Betis" səfərdə "Gent"ə böyük hesabla uduzub.
Digər maraqlı görüş Danimarkada baş tutub. "Kopenhagen" doğma meydanda Almaniyanın “Haydenhaym” komandasına məğlub olub.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyunlar
13 fevral
TSK (Serbiya) - “Yagelloniya” (Polşa) 1:3
“Sele” (Sloveniya) - APOEL (Kipr) 2:2
“Vikinqur” (İslandiya) - “Panatinaikos” (Yunanıstan) 2:1
“Molde” (Norveç) - “Şemrok Rovers” (İrlandiya) 0:1
“Gent” (Belçika) - “Betis” (İspaniya) 3:0
“Borats” (Bosniya və Herseqovina) - “Olimpiya” (Sloveniya) 1:0
“Omoniya” (Kipr) - “Pafos” (Kipr) 1:1
“Kopenhagen” (Danimarka) - “Haydenhaym” (Almaniya) 1:2
Qeyd edək ki, UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri fevralın 20-də keçiriləcək.