Bakı. Trend:
İtaliyada hökm sürən əlverişsiz hava şəraiti Toskana regionundavə Elba adasında fəsadlara səbəb olub.
Trend xəbər verir ki, aramsızleysan yağış Livorno və Qrosseto əyalətlərində daşqına səbəb olub.Bəzi ərazilərə 110 millimetr yağıntı düşüb. Evləri su basıb, yollarvə küçələr su altında qalıb. Torpaq sürüşmələri səbəbindən bəzimagistral yollar nəqliyyatın hərəkətinə bağlanıb.
Fırtına və leysan yağış Elba adasında daşqına səbəb olub. Gününikinci yarısından sonra adaya 56 millimetrdən çox yağıntı düşüb.Evlərini su basan və avtomobillərdə köməksiz qalan onlarla insanmülki müdafiə qüvvələri tərəfindən xilas edilib.