AZ

Təhsilin bitməyən repetitor dərdi - Olsun, yoxsa olmasın?

Bakı. Trend:

Hazırda təhsil sistemində repetitorların xüsusi yeri var.Zaman-zaman onlarla bağlı müzakirələr də gündəmdə yer alır. Kimisirepetitorların fəaliyyətini müsbət qiymətləndirir, kimisi dədüşünür ki, onlara ehtiyac yoxdur.

Əslində, vəziyyət necədir? Təhsildə repetitora niyəehtiyac var və onların olmasının müsbət tərəflərihansılardır?

Mövzu ilə bağlı təhsil eksperti Əmrah HəsənliTrend-ə bildiribki, repetitorların təhsil sistemindəki rolu gündən-günəartmaqdadır:

“Bu, xüsusilə Azərbaycanda təhsil sahəsində daha çox diqqətçəkir. Təhsil sisteminin inkişafı, tədrisin keyfiyyətininartırılması və şagirdlərin akademik uğurlarının yaxşılaşdırılmasıməqsədilə repetitorlara ehtiyac duyulmaqdadır.

Repetitorlar şagirdlərə fərdi yanaşma təklif edirlər. Klassikməktəb təhsili ümumi qaydalara əsaslanır və bəzən hər bir şagirdinxüsusi ehtiyacları və öyrənmə sürəti nəzərə alınmır. Repetitorlarlabirgə işləyərkən, şagirdin zəif olduğu sahələr üzərində xüsusiolaraq fokuslanmaq mümkündür. Bu da onun daha yaxşı nəticə əldəetməsinə kömək edir.

Məsələn, ali məktəbə qəbul imtahanları, xarici dil imtahanları,beynəlxalq sertifikatlar kimi imtahanlara hazırlıqda repetitorlarşagirdlərə məqsədyönlü tədris proqramı təqdim edirlər.Repetitorların öyrətdiyi fənlər və mövzular üzərində iş apardıqca,şagirdin özünə inamı artır. Çətin mövzuları başa düşdükcə və uğurlunəticələr əldə etdikcə, şagirdin motivasiyası və özünə inamı dayüksəlir. Bu isə onun ümumi akademik inkişafına müsbət təsir edir.Repetitorlar ənənəvi tədris metodlarından fərqli olaraq, dahainnovativ və fərdi yanaşmalar tətbiq edə bilərlər. Bu metodlarşagirdin daha tez və effektiv şəkildə məlumatı qavramasına köməkedir”.

Ekspert qeyd edib ki, repetitorlar məktəb təhsilinin yerini alabilməz:

“Məktəb şagirdin ümumi inkişafını təmin edən əsas təhsilqurumudur. Yalnız repetitor dərslərinə üz tutmaq məktəb mühitindənkənara çıxmağa səbəb ola bilir və bu da şagirdin sosial vəemosional inkişafına mənfi təsir edə bilər.

Repetitorlara olan tələbin artması təhsil bərabərsizliyinə səbəbola bilər. Xüsusilə maddi imkanı zəif olan ailələr üçün repetitordərsləri əlçatmaz olur. Bu, şagirdlər arasında təhsil keyfiyyətindəböyük fərqlər yaradaraq, sosial bərabərsizlikləridərinləşdirir.

Azərbaycanın təhsil sistemində məktəblərdə tədris olunanproqramların Dövlət İmtahan Mərkəzinin (DİM) imtahan sualları iləuyğun olmaması ciddi bir problemə çevrilib. Bu uyğunluqçatışmazlığı şagirdlərin və valideynlərin repetitor xidmətlərinəolan tələbini artırmağa, nəticədə təhsil sistemininbərabərsizliyinə və şagirdlərin təhsil həyatında stressin artmasınasəbəb olur”.

O qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilənimtahanlar, ümumtəhsil məktəblərindəki dərslərdə verilən məlumatlarilə tam uyğun olmaya bilər.

“Xüsusilə ali məktəblərə qəbul imtahanlarında istifadə olunansualların tərtibində şagirdlərə məktəb tədris proqramı əsasındaverilən biliklərlə bəzən heç bir əlaqə olmur və ya verilən mövzulardaha dərindən öyrənilməlidir. Bu, şagirdlərin müvafiq imtahanlardayaxşı nəticələr əldə etmək üçün daha çox hazırlıq və əlavə dərslərəehtiyac duymalarına səbəb olur.

Nəticədə, şagirdlər və valideynlər məktəbdə verilən tədrisinkifayət etmədiyini hiss edərək repetitor xidmətlərinə üz tuturlar.Repetitorlar, şagirdləri imtahan suallarının formatına uyğunşəkildə hazırlayaraq, onlara daha konkret və xüsusi hazırlıq təqdimedirlər. Lakin bu yanaşma, məktəbin tədris etdiyi geniş mövzularadeyil, yalnız imtahanın tələblərinə fokuslanır, bu da təhsilinümumi keyfiyyətinə mənfi təsir göstərir.

Məktəb proqramlarının imtahan suallarına uyğunlaşdırılması,təhsil sahəsindəki ədalətsizliklərin qarşısının alınması vəşagirdlərin təhsildən daha geniş və dərin faydalanması üçüntəkmilləşdirilməsi vacibdir. Müxtəlif mühitlərdə uğurlu inkişafüçün məktəb tədrisinin və repetitorluğun daha yaxşıuyğunlaşdırılması və balanslı şəkildə təhsil proqramlarınınhazırlanması təhsil sahəsinin gələcəyi üçün əhəmiyyətlidir”,- deyəekspert əlavə edib.

Təhsil eksperti Rizvan Fikrətoğlu isə Trend-ə bildirib ki,repetitorluğu yaradan səbəblər var:

“Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarında 11-ci sinfi bitirənşagirdlərə 5-ci sinifdən başlayaraq fənlərdən suallar salır.Məsələn, məktəbdə 10-cu sinifdə təhsil alan şagirdlərə fənn üzrəaşağı siniflərin mövzularını keçməyə müəllim borclu deyil. Müəllimməcburdur ki, şagirdlərə 11-ci sinfin proqramını tədris edə. Ammahəmin şagirdlər artıq 5-ci sinifdə tədris edilən dərsləri unutmuşolur. Bu yerdə zərurət yaranır ki, şagird repetitor yanınagetsin.

2020-ci ildən əvvəl 3-cü ixtisas qrupuna imtahan verənşagirdlərə sual düşürdü ki, "kök altında 25 plyus 2", artıq sondövrlərdə bu kimi sualları da yığışdırıblar. Sanki repetitorluğaaçıq-aşkar yol açılır. Bu gün dərslik yazanların çoxu repetitordur.Dərsliklər də o düşüncədə yazılır. Proqram problem deyil, DİM-inverdiyi suallar dərsliklərdən düşür. Problem başqadır. Bununqarşısını almaq üçün inkiş afetmiş ölkələrdə belə bir təcrübə varki, hər ilin sonu, təhsil alınan fənlər üzrə imtahan götürülür.

Ən sonda hansı ixtisas qrupuna hazırlaşmaqdan asılı olaraq,həmin fənlərin qiymətləri toplanılır, bal çıxarılır və o bala görəuniversitetə qəbul edilir. Təsəvvür edək ki, universitetdə 4-cükursu bitirən tələbədən 1-ci kursun imtahanları götürülür. Həttadiqqət etsək, görərik ki, universitetlərdə nəinki illik, imtahanlarsemestr üzrə aparılır. Təsəvvür edək ki, heç bir imtahan olmur vəbütün tədris edilənləri 4-cü kursda soruşurlar. DİM-in hazırkısistemi tam olaraq belədir”.

“Mənim təklifim budur ki, bu məsələdə sistem dəyişilməlidir. Bugün repetitorluq ləğv edilə bilməz. Təhsilə ən böyük dəstəyi bu günrepetitorlar verir. Repetitorluq sıradan çıxsa, universitetlərdə yayerlər boş qalacaq, ya da suallar gərək çox sadə ola ki, heç olmasayerlər dola. Bu gün Azərbaycan təhsili repetitorların çiyniüstündədir. Repetitorluğun məhv olması mümkün deyil. Hazırda bazariqtisadiyyatı dönəmidir. Müəllim işini görürsə, ona heç nə deməkolmaz”, - deyə ekspert əlavə edib.

Seçilən
11
3
az.trend.az

4Mənbələr