AZ

UKRAYNA VƏ RUSİYA RƏSMİLƏRİ TRAMPIN DEDİYİ BU YERLƏRDƏ DANIŞIĞA BAŞLAYACAQ

Dünyanın diqqəti ABŞ- ın vasitəçiliyi ilə Rusiya və Ukrayna rəsmiləri arasında danışıqlar aparmaq üçün seçilmiş Almaniyadadır...

Sonra isə Səudiyyə Ərəbistanında görüşəcəklər. Tezadlar.az CNN ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib. Prezident deyib: "Sabah Münhendə, gələn həftə isə Səudiyyə Ərəbistanında yüksək rütbəli rəsmilərlə görüş olacaq. Müzakirələrə Ukrayna təmsilçilərindən başqa, Rusiya və ABŞ-dən olan nümayəndələr də qatılacaq". Tramp deyib ki, bu təmasların hansı formatda keçirilməsinin planlaşdırıldığını açıqlamayıb. O, həmçinin xatırladıb ki,  nə o, nə də Rusiya Prezidenti Vladimir Putin bu görüşlərdə iştirak etməyəcək.

Təki uzun illərdir tərəflərə böyük itkilər, dünyaya isə narahatlıq gətirmiş bu müharibəyə son qoyulsun.

A.Məmmədli

Seçilən
15
5
tezadlar.az

6Mənbələr