1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
2024-cü ilin yekunları üzrə Avropa ölkələrinin yarısında minik avtomobillərinin istehsalı minimum səviyyəyə düşüb.
Oxu.Az "RIA Novosti"yə istinadla xəbər verir ki, ən çox azalma Slovakiyada qeydə alınıb.
Burada sözügedən maşınların buraxılışı 201 min azalaraq 739 min ədəd təşkil edib. Sonrakı yeri 165 min ədəd azalma ilə İtaliya tutur. İtaliyada cəmi 342 min avtomobil istehsal edilib.
Ötən 12 ayda Avropanın yalnız beş ölkəsi minik avtomobillərinin buraxılışını artırıb. Ən böyük istehsalçılar Almaniya (4.19 milyon ədəd), İspaniya (1.84 milyon) və Çexiya (1.27 milyon) olub.