AZ

Velosipedçilərin yolunu kəsib qanunu saymayan "BMW" sürücü - 10-EA-513- VİDEO

Bakıda dayanma-durma qaydalarının pozulması ilə bağlı oxuculardan biri fotoşəkil qeydə alıb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 13-də paytaxtın mərkəzi küçələrindən biri olan 28 May küçəsində baş verib.

Məlumata görə, sürücü idarə etdiyi 10-EA-513 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobili düzgün qaydada park etməyib. Belə ki, o, nəqliyyat vasitəsini bucaq altında saxlayaraq velosiped zolaqlarını zəbt edib. Bu isə ərazidə hərəkət edən digər nəqliyyat vasitələrinin sürücülərinin və xüsusilə velosipedçilərin narazılığına səbəb olub.

Qeyd edək ki, velosiped zolaqları xüsusi qaydada ayrılmış hərəkət sahəsidir və həmin zolaqlarda dayanmaq və ya park etmək qanunla qadağandır. Sözügedən hadisə zamanı velosipedçilər hərəkətlərini davam etdirməkdə çətinlik çəkiblər və bu da onların narahatlığına gətirib çıxarıb.

 

Fərid

 

Seçilən
10
2
avtosfer.az

3Mənbələr