1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün Avropanın yaşıl meydanları bir sıra maraqlı futbol tamaşalarına ev sahibliyi edəcək.
Oxu.Az xəbər verir ki, Türkiyə Super Liqasında "Adana Dəmirspor" "Antalyaspor"u Bakı vaxtı ilə saat 21:00-da qəbul edəcək.
Almaniya Bundesliqasında "Auqsburq" "Leypziq"lə Bakı vaxtı ilə saat 23:30-da üz-üzə gələcək.
İtaliya A seriyasında "Boloyna" "Torino" ilə üz-üzə gələcək.
İngiltərə Premyer Liqasında XXV tura isə "Brayton" "Çelsi" görüşü ilə start veriləcək. Görüş Bakı vaxtı ilə gecə yarısı saat 00:00-da keçiriləcək.
14 fevral
Türkiyə Super Liqası
Saat 21:00, "Adana Dəmirspor" - "Antalyaspor".
Almaniya Bundesliqası
Saat 23:30, "Auqsburq" - "Leypziq".
İtaliya A seriyası
Saat 23:45, "Boloyna" - "Torino".
15 fevral
İngiltərə Premyer Liqası
Saat 00:00, "Brayton" - "Çelsi".