AZ

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Sevgi haqqında” kiçik ədəbi-poetik tamaşanın premyerası baş tutub

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Leyla xanım Əliyevanın şeirləri əsasında hazırlanmış “Sevgi haqqında” kiçik ədəbi-poetik tamaşanın premyerası baş tutub.

Publika.az xəbər verir ki, tamaşanın rejissoru Raul Türkkan, xoreoqraf isə Azərbaycanın Əməkdar artisti Nigar Rzayevadır.

Tamaşada Azərbaycanın Əməkdar artistləri Milana Sokolenko və İnna İmranova da daxil olmaqla, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları, həmçinin onların həmkarları Ruslana Pavlova, Aydan Axundzadə və Aylin Türkkan iştirak ediblər.

Gecənin rəsmi hissəsini mərkəzin direktoru Anna İbrahimbəyova açıb. O, çıxışında gecənin əhəmiyyətini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı bu gün Sərəncam imzalamasını xatırladıb.

Seçilən
24
6
publika.az

9Mənbələr