İngiltərənin \"Liverpul\" klubu rəhbərliyi Məhəmməd Salah və Vircil van Deyklə yeni müqavilə imzalamaq üçün müsbət danışıqlar aparır. Lakin Trent Aleksandr-Arnoldun gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
AZXEBER.COM xəbər verir ki, Salahın hazırkı müqaviləsi bu yay başa çatır. \"Əl-Hilal\" misirli ulduz futbolçunu transfer etmək üçün artıq \"Liverpul\"a rəsmi müraciət edib və ona illik 160 milyon funt maaş təklif etməyə hazırdır. Bununla belə, Mersisayd təmsilçisi hücumçunu saxlamaq üçün yeni müqavilə təklifini masada saxlayır və tezliklə bu məsələyə aydınlıq gətirməyi planlaşdırır.
Van Deykin komandada qalma ehtimalı yüksəkdir. 33 yaşlı müdafiəçi yeni müqavilə imzalamazdan əvvəl klubun yayda müdafiə xəttini gücləndirib-gücləndirməyəcəyini və öz rolunun necə dəyişəcəyini öyrənmək istəyir.
Alexander-Arnold məsələsində isə \"Real Madrid\" hələ də futbolçunu transfer etmək üçün ümidlidir. \"Liverpul\" ona yeni müqavilə təklif etsə də, 25 yaşlı cinah müdafiəçisi hələ qərarını açıqlamayıb. Madrid klubu Aleksandr-Arnoldu yay \"transfer pəncərəsi\"ndə əsas hədəf kimi görür.
Klubun bu məsələləri yaxın bir ay ərzində həll edəcəyi gözlənilir.
Zəfər Hacılı