AZ

Əminəm ki, Qərbi Azərbaycana dönəcəyik, mən də kəndimizi bir daha görəcəyəm - Misir Mərdanov (FOTO/VİDEO)

Bakı. Trend:

“Baku Network” ekspert platformasında analitik layihənin yeniburaxılışı yayımlanıb.

Trend xəbərverir ki, verilişin budəfəki qonağı Qərbi Azərbaycan İcmasınınMüşahidə Şurasının sədri, sabiq təhsil naziri, professor MisirMərdanov olub.

M.Mərdanov soydaşlarımızın əzəli və tarixi torpaqları olan QərbiAzərbaycana perspektivdə qayıdışından bəhs edərkən bildirib ki,bəhs olunan məsələlərlə bağlı işlərin təməli üç il əvvəl qoyulub:"2022-ci ilin dekabr 24-də cənab Prezident, Müzəffər Ali BaşKomandan İlham Əliyev Qərbi Azərbaycan icmasının inzibatı binasınınaçılış mərasiminə gəldi və orada əslən Qərbi Azərbaycandan olan birqrup ziyalı ilə görüşdü.

Mən deyərdim ki, Azərbaycan tarixinə qızıl həriflərlə yazılmışbir görüş oldu. Çünki dövlətin başçısı Böyük Zəfərdən sonra QəribAzərbaycan icmasının binasına gəlməsi, ad gününü, özünün dediyikimi, öz ailəsinin içərisində keçirməsi deməsi bu işin başlanılıcıoldu. Orada sənab Prezident çox böyük, tarixi bir çıxış elədi. Yənionun çıxışının qısa məzmunu ondan ibarət idi ki, artıq biz Qarabağməsələsini həll eləmişik. İndi bizim diqqətimiz daha çox QəribAzərbaycanla və sonralar Ermənistan adlandırılmış yerdə yaşamışazərbaycanlıların oraya qayıtılması məsələsinə yönəlməlidir.Prezident açıq dedi ki, biz savaş istəmirik. Heç zaman bizimgözümüz heç bir dövlətin ölkənin torpağında olmayıbdır. Ancaq orabizim dədə-baba torpağımızdır. Dədələrimiz, babalarımız oradayaşayıblar, orada dəfin olunublar. Bizim orada çox böyük zənginmədəni irsimiz qalıb. Bizim orada qəbirstanlıqlarımız qalıb. Bizimorada məscidlərimiz qalıb... Və bizim haqqımızdır ki, öz dədə-babayurdumuza qayıdaq. Ancaq din yolla qayıtmaq istəyirik biz. Ona görədə bir konsepsiya hazırlamaq lazımdır. Həmin görüşdə dövlət başçısımüvafiq konsepsiyanın və hüquqi bazanın hazırlanmasını, beynəlxalqictimaiyyətə məsələnin mahiyyəti barədə məlumatların verilməsini,dins yolla qayıtmanın yollarını araşdırmağı tapşırdı".

M.Mərdanovun sözlərinə görə, həmin görüşdən ötən üç il ərzindəQərbi Azərğaycan İcması (QAİ) çox böyük işlər görüb. Sözügdən qurumhazırda Azərbaycanda fəaliyyət göstərən ictimai və qeyri-hökuməttəşkilatları arasınad ən fəalıdır.

Bakı ilə yanaşı, ölkənin bütün şəhərlərində və bölgələrində İcmasürətlə təşkilatlanır, üstəlik, əslən Qərbi Azərbaycandan olanvətəndaşlarımızın siyahıyaalınma prosesi aparılır.
"Onlara qərbi azərbaycanlı vəsiqəsinin və döş nişanının verilməsinəbaşlanıb. Araşdırmalar və təhqiqatlar aparılır, kitablar hazırlanıbçap edilir, beynəlxalq təşkilatlarla əlaqələr qurulur. Yəni İcmayaranandan bəri ötən müddətdə bəlkə iyirmi ilin işini görmüşük", -M.Mərdanov vurğuladı.

M.Mərdanov 21 il əvvəl, 2001-ci ildə Ermənistanda beynəlxalqtədbirdə olarkən İcevan rayonuna, doğma Göyərçin kəndinəyollanıb.

"1981-ci ildən 20 il sonra getdim, gördüm. Əlbəttə, öz evindəgedib erməniləri görmək çox çətin anlardı. O anları yaşadım, ammaermənilərin arasında olduğum üçün özümü sarsıtmadım. Əlbəttə,kəndin hər yerinə baş çəkə bilmədim. Ancaq bir neçə qonşularınmənzilərinə baş çəktim. Bəlli oldu ki, orada demək olar ki, yalnızqoca, yaşlı ermənilərdir. Məsələn, bizim evdə bir yaşlı, 70-80yaşında bir qarı, bir də bir kişi yaşayırdı. Oralar viranvəziyyətdə idiö. İrəvandan bizim kəndə qədər 140 kilometrə yaxınyoludur. Sovet dövrundə o yolun hər yanında gül-çiçək vardı, gurgediş-gəliş vardı. Azərbaycanın Qazax, Ağstafa, Tovuz rayonununcamaatı orada istirahət edərdilər. İndi o yolları ot basıb. Əminəmki, indi bizim kənddə və digər Azərbaycanlılar yaşayan kəndlərdemək olar ki, boşaladırlar. Demək olar ki, boşdurlar. Bizermənilərdən nə istəyirik, nə deyirik? Deyirik ki, boş qalmıştorpaqlarımıza, obalarımıza, yurd-yuvamıza gedək, oralarıcanlandıraq, həmin məkanlara həyatı qaytaraq. Mən şəxsən inanıramki, biz o torpaqlara qayıdacatıq. Qayıtmalıyıq! Ona görə çox işaparmalıyıq, təbliğat aparmalıyıq. Xüsusən gənclər arasında. Öztariximizi onlara olduğu kimi öyrətməliyik. Gənclər bilməlidir ki,qədim Azərbaycan torpaqları haradadır, soydaşlarımızın başlarına nəoyunlar gətirilib".

Misir Mərdanov vurğuladı ki, doğulduğu məkana, kəndlərindəni13-ü qədim azərbayxanlıi məskəni olan Qaraqoyunlu dərəsinə qayıtmaqəzmindədir.

"O kəndlərə qayıdacağıq. Mən o günü gözləyirəm. Əminəm ki, çoxgec olsa da, beynəlxalq qurumlar, dünyanın böyük dövlətləri, indiyəqədər həyata keçirdikləri ikili standartlar siyasətindən əlçəkəcəklər, ədalət və haqq yerini tapacaq, hər kəs öz dədə-babayurdunda yaşamaq imkanı əldə edəcək. Amma yenə deyirəm - bunun üçünbiz arxayin olmamalıyıq, arzumuza çatmaq üçün biz çox çalışmalıyıq.Cənab Prezidentin ətrafında daha sıx birləşməliyik. Bizi istəməyənxarici qüvvələr görəndə ki, 10 milyonluq Azərbaycan xalqı cənabPrezidentin ətrafında bir möhkəm yumruq üçün birləşib - heç birxarici qüvvə bizim siyasətə təsir edə bilməz", - M.Mərdənovsöylədi.

O, daha sonra bildirdi ki, əslən Qərbi Azərbaycandan olan vəyurd-yuvalarından qovulan soydaşlarımızın məruz qaldığı daşınan,habelə daşınmaz əmlak itkiləri ilə bağlı hazırda araşdırmalaraparılır, həmin şəxslərə dəymiş ziyanın müəyyənləşdirilməsi prosesigedir.

Əminəm
Əminəm
Əminəm
Əminəm
Seçilən
29
2
az.trend.az

3Mənbələr