ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya və Çinlə nüvə silahlarına nəzarət üzrə danışıqları bərpa etmək istəyir və son nəticədə hər üç ölkənin böyük müdafiə büdcələrini yarıya qədər azaltmağa razılaşa biləcəyinə ümid edir.
Modern.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Oval kabinetdə jurnalistlərə danışan Trump deyib ki, ABŞ və Rusiyanın “Soyuq müharibə” dövründən qalma böyük silah ehtiyatları var, Çin də nüvə zərbəsi qabiliyyətinə malik olub.
Tramp Yaxın Şərq və Ukraynada “işləri yoluna qoyduqdan” sonra iki ölkə ilə nüvə danışıqlarına başlamaq istədiyini deyib.
“Mənim keçirmək istədiyim ilk görüşlərdən biri Çin lideri Si Cinpin və Rusiya Prezidenti Putinlə görüşdür. Mən demək istəyirəm ki, “gəlin hərbi büdcəmizi yarıyadək azaldaq”. Və düşünürəm ki, bunu bacararıq”, - deyə o bildirib.