Bu gün Azərbaycan 1-ci liqasında 14-cü tura yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək.
7-ci yerdəki "Bakı Sportinq" evdə 8-ci pillədəki "Qaradağ Lökbatan"la qarşılaşacaq. 5-ci yerdəki "Zaqatala" isə sıralamanın 9-cusu olan "Difai"ni qəbul edəcək.
Hər iki oyun saat 14:00-da başlayacaq.
Azərbaycan 1-ci liqası,
14-cü tur
14 fevral (cümə)
14:00. “Bakı Sportinq” – “Qaradağ Lökbatan”
Hakimlər: Alik Yunusov, Rasim Axundov, Nurlan Əhmədzadə, Nəriman Ağayev
Binə qəsəbə stadionu
14:00. “Zaqatala” – “Difai”
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəşxiyev, Anar Bədəlov, Rəsul Babayev
Zaqatala OİK stadionu
13 fevral
“İmişli” 1–2 “Qəbələ”
“Mingəçevir” 0–0 “Cəbrayıl”
“Karvan” 3–1 MOİK