AZ

MDU-da əməkdaşlıq görüşü keçirilib

13 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Mexanika kafedrasının fəaliyyət planına uyğun olaraq, 050638-Sənaye mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr və professor-müəllim heyətinin bir qrupu Mingəçevir şəhərində yerləşən regionun ən böyük Yüngül Sənaye müəssisəsi olan “Mingəçevir Tekstil” MMC-yə səfər edib. Səfər çərçivəsində universitetin nümayəndələri müəssisə rəhbərliyi ilə görüşüblər.

 

AzEdu.az xəbər verir ki, görüşdə “Mingəçevir Tekstil” MMC-nin direktoru Əli Əsədov, istehsalat rəisi Hüseyn Həşimov, Mexanika kafedrasının müdiri dosent Mahir İsmayılov və kafedranın əməkdaşları dosent Ofelya Məmmədova, dosent Vüqar Mustafayev, baş müəllim Rövşən Mustafayev, müəllim Şəfa Əliyeva və Sima Mahmudova, həmçinin MDU-nun Təcrübə və karyera inkişaf mərkəzinin mütəxəssisi Razim Qurbanov iştirak ediblər. İşgüzar qaydada təşkil edilən görüşdə sənayenin inkişafında mühəndislik fənlərinin tədrisinin əhəmiyyəti, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında universitetin rolunun artırılması məsələləri müzakirə edilib.

 

Görüşdə həmçinin, ali təhsil müəssisələrində mühəndislik fənlərinin tədrisi zamanı qarşılaşılan çətinliklərdən biri olan sənaye laboratoriyalarının yetərsizliyi və bu məsələnin həlli istiqamətində sənaye müəssisələrinin əməkdaşlarının tələbələrlə ustad dərslərinin keçirilməsi ehtiyacı vurğulanıb. Bu cür əməkdaşlıq və təcrübə mübadiləsi tələbələrin ixtisas üzrə bilik və bacarıqlarını inkişaf etdirmək və onların sənaye sahəsindəki tələblərə uyğun ixtisaslaşmalarını təmin etmək məqsədini daşıyır.

 

Görüşün nəticəsi olaraq, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və sənaye sahəsinin inkişafı üçün birgə layihələrin həyata keçirilməsi planlaşdırılıb. Bu cür tədbirlər, həmçinin regionun iqtisadi inkişafına töhfə verməklə yanaşı, tələbələrin gələcək karyeralarına da müsbət təsir göstərəcəkdir.

Seçilən
30
azedu.az

1Mənbələr