AZ

“Azeri Light” bu gün də ucuzlaşdı » AzadMedia.az


Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti nisbətən ucuzlaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,79 ABŞ dolları və ya 1% azalaraq 76.85 ABŞ dollarına çatıb.

Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 77,64 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.
Seçilən
72
12
azadmedia.az

10Mənbələr