AZ

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1200 hərbçisini itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 855 min 480 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 17 tank, 81 artilleriya sistemi və 16 zirehli döyüş maşınını məhv edib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
9
17
missiya.az

10Mənbələr