![](https://www.kommersant.az/media/2018/06/01/oil-neft-bayraq-696x377.jpg)
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,79 ABŞ dolları və ya 1% azalaraq 76,85 dollar/barel təşkil edib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,78 dollar və ya 1% ucuzlaşaraq 75,39 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,78 dollar və ya 1,28% azalaraq 60,13 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,73 dollar və ya 0,96% azalaraq 75,12 dollar/barel təşkil edib.
Fevralın 14-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.