AZ

Avropada qazın qiyməti rekord həddə çatdı

Yazını böyüt
Yazını kiçilt

Avropada spot təbii qazın qiyməti bu günlərdə 5 faiz artaraq min kubmetr üçün 622 dollara çatdı.

Hafta.az-ın yazdığına görə, bu, 7 fevral 2023-cü ildən bəri ən yüksək səviyyə kimi qeydə alınıb. Ticarət məlumatlarına görə, qiymət yanvarın sonunda 512 dollar, fevralın əvvəlində isə 581 dollar olub.

Avropada temperaturun aşağı düşəcəyi gözlənildiyi üçün yaxın günlərdə qiymətlərin daha da artacağı ehtimal olunur. Bundan əlavə, Ukraynanın “Qazprom”dan qaz tranzitini dayandırması qiymətlərə yuxarı təzyiq yaradır. Kiyev hazırda qazı Avropanın spot bazarından tədarük edir.

Gas Infrastructure Europe-un məlumatına görə, Avropada yeraltı təbii qaz anbarlarında doluluq nisbəti 50 faizdən aşağı düşüb. Fevralın 9-na bu nisbət 48,48 faiz olaraq qeyd edilib. Son beş ilin orta göstəricisi 56,51 faiz təşkil edib.

Digər tərəfdən, Avropa külək enerjisi istehsalının azalması səbəbindən təbii qazdan istifadəni artırmalı olub. Fevralın ilk ongünlüyündə külək enerjisi Aİ-nin elektrik enerjisinə olan tələbatının cəmi 13 faizini ödəyib. 2024-cü ilin fevral ayında bu nisbət yüzdə 22 idi.

Ukrayna ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) almaq və Avropanın qaz ehtiyatlarını Ukraynadakı yeraltı anbarlarda saxlamaq variantını nəzərdən keçirir. Ukraynanın xarici işlər naziri Andriy Sbiqa bu məsələ ilə bağlı danışıqların davam etdiyini açıqlayıb.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bəyan edib ki, Avropa sərfəli enerji mənbələrindən imtina edərək özünü çətin vəziyyətə salıb. Fon der Leyen bu qərarın Qərbə çox baha başa gəldiyini bildirib.

Seçilən
5
hafta.az

1Mənbələr