AZ

Qazaxıstan paytaxtında köhnə vağzalın yaxınlığında partlayış olub, xəsarət alan var

Ajans.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Nəqliyyat Departamentinin rəis müavini Malik Kaybar idarənin sosial şəbəkədəki səhifəsində bildirib.

"Bu gün saat 00:25-də (Bakı vaxtı ilə 01:25) Astana stansiyasına gələn qatarın konteyneri partlayıb. Tələfat yoxdur, bir nəfər qolundan yüngül xəsarət alıb", - Malik Kaybar qeyd edib.

O bəyan edib ki, sərnişinlər və yaxınlıqdakı ərazilərin sakinləri üçün heç bir təhlükə yoxdur. Faktla bağlı cinayət işi açılıb, hadisənin baş vermə şəraitini araşdırmaq üçün xüsusi əməliyyat qrupu yaradılıb.

Seçilən
14
6
Ajans.az

7Mənbələr