Maliyyə innovasiyalarının inkişafı məqsədilə Mərkəzi Bank ötən ildən etibarən xüsusi tənzimləmə rejiminin tətbiqinə başlamışdır.
FED.az xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev deyib.
O bildirib ki, bu məqsədlə, xüsusi tənzimləmə rejiminin ayrıca internet resursu yaradılmış, artıq 21 müraciət qeydə alınmış və onlardan 4 innovativ məhsul meyarlara uyğun seçilərək Xüsusi Tənzimləmə Rejiminə qəbul edilmişdir. Hazırda bu innovativ məhsullar sınaqdan keçirilir.