Devid Bekhem karyerası ərzində verdiyi qərarlardan danışıb.
Yenisabah.az xəbər verir ki, o, 2003-cü ildə “Mançester Yunayted”dən “Real”a keçdiyi üçün peşman olduğunu bildirib.
"Karyeramın qalan hissəsində "Mançester Yunayted"də olmaq və heç vaxt ayrılmamaq istərdim. Amma bu, nəzərdə tutulmamışdı. Karyeramın ən böyük peşmanlığı "Real"a keçmək idi".
Devid Bekhem peşəkar futbolçu karyerası ərzində “Mançester Yunayted”, “Preston”, “Real”, “Los Anceles Qelaksi”, “Milan” və PSJ kimi klublarda oynayıb. 49 yaşlı Bekhem hazırda "İnter Mayami" klubunun prezidentidir.
Telegram kanalımız