AZ

Neymar yayda "Barselona"ya qayıtmaq istəyir

Brazilyalı futbolçu Neymar yayda sabiq komandası "Barselona"ya qayıtmaq istəyir.

 "Santos"un braziliyalı hücumçusu Neymar yay transfer pəncərəsində Avropa klubuna qayıtmağa ümid edir.

"Operativ Media" xəbər verir ki, bu haqda "Cadena Ser" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 33 yaşlı futbolçu yenidən dünyanın ən yaxşı liqalarında oynamaq istəyir, lakin o, top-klubları ona şans verməyə inandırmalıdır. Eyni zamanda hücumçu tərəddüd etmədən "Barselona"ya transferə razılıq verəcək.

Neymarın peşəkar karyerasına yenidən başlamaq məqsədi ilə “Santos”a keçdiyi də qeyd edilir. Orada ən yaxşı futbolunu göstərmək niyyətindədir.

Yanvarın 31-də “Santos” “Əl-Hilal”la müqaviləsini ləğv edən Neymarın geri qayıtdığını elan edib. Fevralın 6-da Neymar Braziliya klubuna qoşulduqdan sonra ilk rəsmi oyununu San-Paulu əyalət çempionatının 7-ci turunda "Botafoqo"ya qarşı (1:1) edib.

Braziliyalı 2013-2017-ci illərdə "Barselona"da çıxış edib. Kataloniya təmsilcisi ilə birlikdə iki dəfə İspaniya çempionu olub və Çempionlar Liqasının qalibi olub.

Seçilən
7
operativmedia.az

1Mənbələr