AZ

Nazir Emin Əmrullayev ağır ittihamlarla üzləşir - Ekspert

Nazir
Emin Əmrullayev

Tanınmış təhsil ekspertlərinin dediyinə görə, Elm və təhsil naziri Emin Əmrullayev təhsillə heç bir əlaqəsi olmayanlara yüksək vəzifələr verir. Məsələn, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində Ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə vaxtilə şəkər zavodunda işləyəni, Ümumtəhsil siyasəti şöbəsinə isə Dəniz vağzalında inzibati işdə çalışmış bir nəfəri təyin edib.

Reyting.az
xəbər verir ki, bunu keçmiş millət vəkili, təhsil eksperti Etibar Əliyev bildirib.

E. Emrullayevi tənqid edən E. Əliyev fikirlərini belə davam etdirib:

“Sual yaranır. Məqsəd nədir? Fərz edək ki, kimsə nazirin dostu, yaxud sinif yoldaşıdır. Bu amilə söykənib ona (onlara) ölkənin strateji sahəsi olan təhsildə yüksək vəzifəmi verilməlidir?


Etibar Əliyev

Bu adamlar Gəncədə Aqrar Universiteti bitirmiş Anar Qədiməliyev adlı bir şəxsi də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir göndərmişdilər. O, həmin regionun məktəb və baxça sistemini sözün əsl mənasında məhv elədi. Bir neçə tanınmış pedaqoq insult və infarkt keçirdi. Prokurorluğa və məhkəməyə daxil olan şikayətlərin sayı-hesabı olmadı.

Bu xidmətlərinə görə Emin Əmrullayev onun vəzifəsini böyütdü. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini vəzifəsini ona verdi. Deyilənlərə görə, yüksək dağıdıcılıq qabiliyyəti nəzərə alınıb yaxın günlərdə onu idarəyə müdir qoymaq istəyir.

Yenə də sual verirəm: orta təhsili poliqona çevirməkdə məqsədiniz nədir? Orta məktəb tam şəkildə repetitorların ixtiyarına verilib. Nizam-intizam pozulub. Məktəblərdə bıçaqlanma hadisələrinin sayı-hesabı yoxdur. Əgər uşaq məktəbə gəlmirsə hansı tərbiyədən danışmaq olar”.

E. KAMAL
Seçilən
46
10
reyting.az

10Mənbələr