AZ

Yazıçı Anar: “Bir də mənim deputat pensiyam var"

“Rəsul Rzanın ev-muzeyində hazırda təmir işləri gedir”.

Mia.az xəbər vrrir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar deyib.

O bildirib ki, təmir işləri ailəsinin hesabına həyata keçirilir: “Bir də mənim deputat pensiyam var, onun hesabına atamın ev-muzeyini təmir etdirirəm”.

Xalq yazıçısı Rəsul Rzanın ev-muzeyi yaradılması məsələsinə laqeyd yanaşılmasından şikayətlənib: “Mən bu məsələlərə qarışmaq istəmirəm, danışacam sonra hərə bir yerdən danışacaq. Ona görə də heç bir şey demək istəmirəm. Özü də bu laqeydlik təkcə Rəsul Rzanın ev-muzeyi ilə bağlı deyil. Cəfər Cabbarlının da ev-muzeyi hazırda yox kimidir, halbuki bir neçə il əvvəl yubileyi idi”.

“Mən artıq 10 ilə yaxındır ssenarini yazıb təqdim etmişəm, qəbul olunub, lakin filmi çəkmək fikirləri yoxdur”, – Anar əlavə edib.

Seçilən
56
17
mia.az

10Mənbələr