2024-cü ildə Azərbaycanın bank sektorunun məcmu kapitalı 0,6 milyard manat və yaxud 10,8 % artaraq 6,2 milyard manata çatıb.

İndex.az xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

“Sektorunun kapital adekvatlığı 17,6 % olmaqla minimum requlyativ tələbi (sistem əhəmiyyətli banklar üçün minimum tələb 12 %, digər banklar üçün 10 %-dir) 1,7 dəfə üstələyib”, – deyə o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, hesabat ilinin sonuna bank sektorunun likvid aktivləri 14,2 milyard manat olmaqla cəmi aktivlərin 26,9 %-ni təşkil edib.

“Ani likvidlik əmsalı 51,9 % (minimum normativ 30 %) olmaqla minimum tələbi 1,7 dəfə üstələyib. Sektor üzrə məcmu likvidliyin örtülmə əmsalı 150,1 %, xarici valyuta üzrə isə 178 % olmaqla, requlyativ tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu tələb sistem əhəmiyyətli banklar üçün 90 %, digər banklar üçün 80 %-dir”, – deyə sədr qeyd edib.