AZ

Gəncədə kişi arvadının qulağını kəsmək istəyib - YENİLƏNİB

Göygöl Rayon Polis Şöbəsinə rayon sakini G. Allahverdiyevanın kəsici-deşici alətlə qulaq nahiyyəsindən dərəcəsi təyin edilməyən xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-dən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində  müvafiq tədbirlər həyata keçirilir.

Bildirilir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs zərərçəkənin qulağını kəsməyib. Münaqişə nəticəsində qulaq nahiyyəsinə xəsarət yetirib.

Faktla bağlı əlavə məlumat veriləcək

***

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü G. Allahverdiyeva qulağının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Qadına dərhal yardım edilib. Məlumata görə qadını həyat yoldaşı bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Seçilən
1
12
avtosfer.az

9Mənbələr