Maliyyə ekosistemində rəqəmsal ödənişlər sahəsində yeni nailiyyətlərin əldə edilməsi və bençmark olaraq qəbul edilmiş ölkələrlə rəqabət aparılması üçün cari ildə Mərkəzi Bank nəzdində innovativ hab yaradılmalıdır.
FED.az xəbər verir ki, bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
O bildirib ki, ümumən ekosistemdə rəqəmsal ödənişlər sahəsində yeni nailiyyətlərin əldə edilməsi və bençmark olaraq qəbul edilmiş ölkələrlə rəqabət aparılması üçün cari ildə Ani Ödənişlər Sistemindən daha aktiv nüvə komponenti olaraq istifadə edilməlidir.
İnnovativ həllərin tətbiqi üzrə düzgün planlaşdırmanın aparılması və real məhsulların tətbiqinin təşviqi məqsədilə Mərkəzi Bank nəzdində innovativ hub yaradılmalıdır.
Bank hesablarının məsafədən açılması prosedurunun təkmilləşdirilməsi, habelə rəqəmsal bankçılıq sahəsində qanunvericilik bazasının formalaşdırılması üzrə işlərin görülməsini zəruri hesab edirik.