AZ

Avropadan Azərbaycana 11 nəfər readmissiya olunub

Cari ilin yanvar ayında Dövlət Miqrasiya Xidməti (DMX) 11 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.

News365.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq DMX-nin Readmissiya məsələləri idarəsindən məlumat verilib.

Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir. Proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayı ərzində 32, noyabrda isə 55 şəxsin Azərbaycana readmissiyası həyata keçirilib.

Seçilən
7
17
news365.az

10Mənbələr