AZ

MSK bu gün bələdiyyə seçkisinə yekun vuracaq

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

Avtosfer.az xəbər verir ki, iclasda bələdiyyə seçkisinin ümumi yekunları ilə bağlı məlumat veriləcək və təsdiqlənəcək.

Qeyd edək ki, "Azərbaycan Respublikasında bələdiyyə seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"na əsasən, seçkisin yekunlarının yoxlanılması və təsdiqi Seçki Məcəlləsinə uyğun olaraq səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində, yəni 2025-ci il fevralın 18-dək başa çatdırılmalıdır.

Seçkinin yekunlarının elan edilməsi isə qanunvericilikdə göstərildiyi kimi, seçki günündən başlayaraq ən geci 25 gün müddətində, yəni 2025-ci il fevralın 23-dək həyata keçirilməlidir.

Hər iki prosedur üzrə məsul qurum Mərkəzi Seçki Komissiyasıdır.

Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkisində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31.45% olub.

Seçilən
49
26
avtosfer.az

10Mənbələr