"Xəzər dənizinin səviyyəsi son 400 ildə ən aşağı həddə enib. Ola bilər ki, bu rəqəm daha bir-iki metr azalsın".
Avtosfer.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının P.P.Şirşov adına Okeanologiya İnstitutunun direktor müavini Petr Zavyalov bildirib.
"Hazırda Xəzər dənizinin orta səth səviyyəsi dünya okeanının səviyyəsinə nisbətən təxminən mənfi 29.5 metr təşkil edir. Bu o deməkdir ki, Xəzər dənizinin səviyyəsi son 400 ildə rekord həddə aşağı enib" - deyə P. Zavyalov vurğulayıb.
Alimin sözlərinə görə, səthdən buxarlanma, çay axını, atmosfer yağıntıları kimi bütün müəyyənedici prosesləri düzgün nəzərə almaq çətin olduğundan sonrakı dinamikanı proqnozlaşdırmaq çətindir.