AZ

Braziliyanın WEG şirkəti Azərbaycan bazarına çıxmağı planlaşdırır

Uzunmüddətli inkişaf strategiyası çərçivəsində Braziliyanın WEG şirkəti əlavə logistik obyektlərin yaradılması və qonşu ölkələrin bazarlarına, o cümlədən, Azərbaycan bazarına çıxış üçün əlavə investisiya ayırmağı planlaşdırır.

Bu haqda Braziliyanın WEG şirkətinin Mərkəzi Asiyadakı regional direktoru Sergey Muşenko ilə Qazaxıstanın xarici işlər nazirinin müavini Əlibek Kuantırov və “HK KAZAKH INVEST” səhmdar cəmiyyətinin idarə heyətinin sədr müavini Madiyar Sultanbek arasında keçən görüşdə danışılıb.

Görüşün gedişində Muşenko bildirib ki, WEG nümayəndələri Qazaxıstanda distribüter şəbəkəsinin genişlənməsi və anbar potensialının artırılmasına maraq göstərir. O qeyd edib ki, uzunmüddətli inkişaf strategiyası çərçivəsində şirkət əlavə logistika obyektlərinin yaradılması və qonşu ölkələr – Özbəkistan, Qırğızıstan və Azərbaycana çıxış üçün 2,5 milyon dollar ayırmağı planlaşdırır.

Görüş çərçivəsində tərəflər şirkətin Qazaxıstandakı fəaliyyətinin genişləndirilməsi və elektroavadanlıq istehsalı zavodunun tikintisi planının həyata keçirilməsi imkanlarının müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, WEG elektrik avadanlığının istehsalı sahəsində dünya lideridir. Şirkət 12 ölkədə 45 istehsalat meydançasına sahibdir və 135-dən çox ölkəyə avadanlığın tədarükünü həyata keçirir. Bu gün WEG Qazaxıstanda öz biznesini aktiv şəkildə inkişaf etdirir. Şirkət Qazaxıstanın ən iri sənaye müəssisələrini, o cümlədən, “KAZ Minerals”, “Kazaxmıs”, “Kazsink”, “AltınAlmas”, ERG və Qarmet şirkətlərini yüksək texnologiyalı elektrik avadanlığı ilə təchiz edir.

// APress.az

Seçilən
0
1
apress.az

2Mənbələr