AZ

Rusiyada uşaqlara tütün və enerji içkilərinin satışı qadağan edilir– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin uşaqların qorunmasına yönəlmiş qanunların sərtləşdirildiyini açıqlayıb.

Bu gündən etibarən yetkinlik yaşına çatmayanlara tütün məhsullarının satışına görə cərimələr iki milyon rubladək artırılıb. Sorğular göstərir ki, 11-17 yaşlı yeniyetmələrin 70%-dən çoxu veyp və elektron siqaret alarkən şəxsiyyət vəsiqələrinin yoxlanılmadığını bildirib.

Martdan etibarən enerji içkilərinin satışına qadağa qüvvəyə minəcək. Hazırda Dövlət Dumasında bu içkilərin uşaqlara satışı ilə bağlı məsuliyyət tədbirləri müzakirə olunur.

Volodin vurğulayıb ki, sağlam uşaqlar ölkənin gələcəyinin təminatıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr