Türkiyənin Bingöl vilayətində sərnişin avtobusu aşıb.Manset.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Hadisə nəticəsində dörd nəfər ölüb, daha 24-ü yaralanıb. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.