AZ

Danışılmış oyunlara görə Azərbaycan klubundan qovulan futbolçu Rusiyada oynayacaq

Adı danışılmış oyunlarda hallandığı üçün “Şamaxı”dan qovulan gürcüstanlı futbolçu Giorgi Kantariyanın yeni komandası müəyyənləşib.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını Rusiyanın I Liqasında davam etdirəcək. 

O, “Sokol”la mövsümün sonuna qədər müqavilə bağlayıb.

Qeyd edək ki, Giorgi Kantariya “Şamaxı”ya cari mövsümün əvvəlində keçmişdi.

​​​​​​"Cebheinfo.az"

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr