AZ

Məktəbdə uşaq sığınacağının sakinləri ilə görüş olub

Bakı, 14 fevral, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə paytaxtdakı 136 nömrəli tam orta məktəbdə təhsil alan “Ümid yeri” uşaq sığınacağının sakinləri ilə görüşüb.

Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi uşaq sığınacağının sakinlərinin məktəbə adaptasiya vəziyyəti ilə maraqlanmaq, onların motivasiyasını gücləndirmək və cəmiyyətə inteqrasiyasını dəstəkləməkdən ibarətdir.

Xəyalə Əhmədzadə uşaqlarla səmimi söhbət edib, dərsləri ilə maraqlanıb, arzularını dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Daha sonra uşaqlar üçün əyləncəli oyunlar və interaktiv fəaliyyətlər təşkil olunub, onlara arzuladıqları oyuncaqlar, intellektual legolar hədiyyə edilib.

Paytaxtdakı digər məktəblərdə təhsil alan uşaq evlərində məskunlaşmış azyaşlıların ziyarət olunması da nəzərdə tutulur.

Seçilən
13
3
azertag.az

4Mənbələr