AZ

Yandex-dən türk məzmun istehsalçıları üçün xüsusi proqram

Yandex yaxın vaxtlarda türk məzmun istehsalçıları üçün xüsusi proqram təqdim etməyə hazırlaşır. Yandex Search Türkiyə baş direktoru Aleksandr Popovski Türkiyədəki texnologiya ictimaiyyəti, müxtəlif təşkilatlar və xüsusilə təhsil müəssisələri ilə ortaqlıq quracaqlarını açıqlayıb.

Yandex, informasiya texnologiyaları məhsullarını lokallaşdırmaqla Türkiyəyə xüsusi xidmətlər göstərməyi hədəfləyir və qarşıdakı 3 il ərzində Türkiyədəki 400 milyon dollarlıq investisiya hədəfinə çatmaq üçün səylərini davam etdirir.

Türkiyədəki investisiya planlarını və süni intellekt sektorunun gedişatını qiymətləndirən Yandex Search Türkiyə baş direktoru Aleksandr Popovski, Türkiyənin mədəniyyəti və istifadəçi ehtiyacları üçün xüsusi olaraq hazırlanmış məhsul və xidmətləri təklif edərək “uzunmüddətli iş ortağı və etibarlı dost” olmaq istədiklərini bildirdi.

Türkiyədəki təhsil müəssisələri ilə tərəfdaşlıq qurulacaq

Strateji baxışlarının qabaqcıl texnologiyanın inkişafı və infrastrukturun yaxşılaşdırılması üçün ayrılan 400 milyon dollarlıq investisiya planına əsaslandığını bildirən Popovski, “Bu baxış çərçivəsində birinci mərhələdə Yandex Reklam həlləri və Yandex Türkiyə Başlanğıc Proqramı vasitəsilə yerli müəssisələrə dəstək veriləcək. Popovski həmçinin bildirib ki, onlar sahibkarlara müxtəlif B2B xidmətlərindən pulsuz istifadə imkanı yaradırlar. Türk məzmun istehsalçılarının istifadəsi üçün xüsusi proqram hazırlayacaqlarını bildirən Popovski, “Proqramı tezliklə təqdim edəcəyik" deyib.

Rəqəmsal məzmun istehsal edən hər platformaya müraciət edəcək bu proqram, nəşriyyatların hədəf auditoriyalarına daha təsirli şəkildə çatmalarını təmin edəcək.

Yandex-in türk istifadəçiləri üçün inkişaf etdirdiyi və axtarış sistemi funksiyalarını süni intellektlə birləşdirdiyi “Yazeka” ilə məlumat əldə etməkdə inqilabi dəyişiklik etməyi hədəflədiyini vurğulayan Popovski, “Ənənəvi axtarış nəticələrində saysız-hesabsız bağlantıları araşdırmaq əvəzinə, istifadəçilərə anında ən doğru cavabı verməyi hədəfləyirik. Yandex Axtarış və Yazekâ internetdəki müxtəlif mənbələrdən alınan məlumatlardan istifadə edərək süni intellektə əsaslanan xülasələr yaradır. Süni intellekt tərəfindən yaradılan bütün cavablar etibarlı sitatlar tərəfindən dəstəklənir ki, istifadəçilər orijinal mənbələri nəzərdən keçirə və ya təqdim olunan məlumatların düzgünlüyünü yoxlaya bilsinlər.

Seçilən
61
kommersant.az

1Mənbələr