AZ

ABŞ Dövlət katibinin təyyarəsində nasazlıq:TƏCİLİ GERİ QAYITDI

Münxenə yollanan ABŞ Dövlət katibi Marko Rubionun təyyarəsi Vaşinqton yaxınlığındakı aviabazaya qayıdıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti xəbər yayıb.

 

Qeyd olunub ki, təyyarə texniki nasazlıq səbəbindən Merilend ştatındakı Endrüs hərbi hava bazasına geri qayıdıb. Nasazlığın nə ilə bağlı olduğu barədə məlumat verilməyib.

 

Qurum əlavə edib ki, Rubio Almaniya və Yaxın Şərqə səfərini başqa təyyarə ilə davam etdirəcək.

Seçilən
22
1
senzor.az

3Mənbələr