AZ

Hiyləgər və təhlükəli: Dünyanın ən ağıllı İLANI

İlanlar sürünənlərin ən çoxsaylı və qədim qruplarından biridir. Onların zəkaları bir çox insanlar üçün sirr olaraq qalır.

Medianews.az “Unian”a istinadən xəbər verir ki, kral kobra ilanların ən ağıllısıdır.

O, uunluğu 5,6 metr olan dünyanın ən böyük zəhərli ilanıdır.

Kral kobralarına Hindistan və Çindən Filippin və Sunda adalarına qədər Asiyanın əksər hissəsində rast gəlinir. Çox zəhərli, sinir sistemini iflic edən neyrotoksik zəhər istehsal edirlər – bir dişləmə böyük bir fili və ya 20 nəfəri öldürmək üçün kifayətdir.

Ölümcül olmasına baxmayaraq, kral kobraları kifayət qədər qorxaq və ehtiyatlıdırlar. Ov edərkən, ovlarını strateji olaraq izləmək üçün beyinlərindən istifadə edirlər.

Kral kobraların zəkasına dair rəsmi araşdırmalar çox deyil, lakin onlarla qarşılaşan insanların ifadələri bu ilanların ətrafında baş verənləri və sahiblərini yadda saxlamaq qabiliyyətinə malik olduğunu göstərir.

Kral kobralarının yüksək intellektinin daha bir sübutu, onların nəsilləri üçün yuva quran ilanların yeganə məlum növü olmasıdır. Bunun üçün onlar yarpaq və bitki örtüyündən bir təpə yaradırlar.

Medianews.az

Seçilən
8
medianews.az

1Mənbələr