Fevralın 12-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində ICESCO-nun Mədəniyyət Nazirləri Konfransının
Manset.az xəbər verir ki, “Sosial-iqtisadi inkişafa mədəniyyətin təsiri” mövzusunda13-cü sessiyası öz işinə başlayıb. Tədbirdə ölkəmizi mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Sessiyada Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət naziri, Qətər Dövləti mədəniyyət nazirinin müavini, eləcə də Tatarıstan Respublikasının (RF) rəisi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi, BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) ali nümayəndəsi, ICESCO-nun baş direktoru açılış nitqləri ilə çıxış ediblər.
Ali nümayəndə Migel Anhel Moratinos öz çıxışında Azərbaycanın təşəbbüsü, BMTSA və ICESCO-nun tərəfdaşlığı ilə həyata keçirilən “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasının önəmindən danışıb və bu çərçivədə artıq təşkilat tərəfindən regionda “Gənc sülh qurucuları proqramı”na başlanıldığını vurğulayıb.
Daha sonra üzv ölkələrin nümayəndələrinin çıxışları dinlənilib.
Fevralın 13-də davam edən tədbirdə nazir müavini Fərid Cəfərov 13-cü sessiyaya sədrlik edən Səudiyyə Ərəbistanı tərəfinə təşəkkürünü bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti çərçivəsində ICESCO ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayan nazir müavini ötən konfransda "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmiş Azərbaycanın Şuşa şəhərində il ərzində təşkil olunmuş tədbirlər barədə məlumat verib. O, əlamətdar il çərçivəsində reallaşdırılan tədbirlərdə fəal iştiraka görə üzv ölkələrə təşəkkür edib.
Çıxışda həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dağıdılmış mədəni irsin qeydə alınmasında və sənədləşməsində ICESCO ilə əməkdaşlığın önəmi vurğulanıb. Bildirilib ki, ICESCO Azərbaycanda təşkil olunan qlobal əhəmiyyətli tədbirlərdə fəal iştirak edib. Heydər Əliyev Fondu ilə birgə məcburi köçkün qızların təhsilinə dəstək layihəsinin İslam dünyasında inkişafa yardım edən nümunəvi addımlardan biri olduğu da diqqətə çatdırılıb.
Həmin gün eyni zamanda üzv ölkələrin iştirakı ilə Ciddədə II İslam İncəsənəti Biennalesinin açılışı olub.
“...Və arada olan hər şey" adı altında keçirilən biennale bədii ifadə və sənətkarlıqda imanın rolunu araşdırır. Sərgidə 500-dən çox tarixi eksponat və 29 müasir incəsənət əsəri nümayiş etdirilir. Kral Əbdüləziz adına Ciddə Beynəlxalq Hava Limanında Qərbi Həcc Terminalında təşkil edilən sərgi yeddi komponentdən ibarətdir: "Başlanğıc", "Orbit", "Ehtiram olunan", "Örtük", "Müqəddəs", "İşıqlanmış" və "Dua və toplaşma yeri".
Sərgidə Vatikan da daxil olmaqla 30-a yaxın ölkənin kolleksiyalarında qorunan unikal İslam irsi nüsxələri təqdim edilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta