AZ

Virts yanvarın ən yaxşısı seçildi

Almaniyanın "Bayer 04" klubunun yarımmüdafiəçisi Florian Virts Almaniya Bundesliqasında yanvarın ən yaxşı oyunçusu seçilib.

Bakıvaxtı.az yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu səsvermə zamanı "Bavariya"dan Yozua Kimmix, Maykl Olise, "Leyptsiq"dən Villi Orban, Xavi Simons, həmçinin "Verder"dən Romano Şmidi qabaqlayıb.

F.Virts yanvarda Bundesliqada meydana çıxdığı 4 oyunda 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Leverkuzen təmsilçisinin lideri bu mövsüm bütün turnirlərdə keçirdiyi 34 matçda 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Bayer 04" hazırda 46 xalla Bundesliqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb və "Bavariya"dan 8 xal geridədir.

Seçilən
64
5
bakivaxti.az

6Mənbələr