AZ

Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 1-ci Mayak və Sübh kəndlərinin sakinləri ilə səyyar görüş keçirib.

"Unikal" xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Yenikənd kənd ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək 1-ci Mayak və Sübh kəndləri haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxış edənlər “Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Çıxışlar zamanı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 22 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarması, ölkəmizin bütün sahələrdə hər tərəfli inkişafına diqqət və qayğı göstərilməsi haqqında iştirakçılara geniş məlumat veriblər.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  çıxış edərək bildirib ki, Prezident cənab İlham Əliyevin uzaqgörən və strateji siyasəti, həm daxili, həm də xarici siyasət sahələrində həyata keçirilən islahatlar nəticəsində Azərbaycan beynəlxalq aləmdə mühüm rol oynamağa başlayıb. Onun rəhbərliyi altında Azərbaycan iqtisadi, sosial və siyasi sahələrdə böyük irəliləyişlər əldə edib. Bu irəliləyişlər xüsusilə infrastruktur layihələri, enerji sektorundakı inkişaf, kənd təsərrüfatı və sənaye sahələrində görülən işlərlə müşayiət olunub. Azərbaycan, həmçinin beynəlxalq əməkdaşlıq sahəsində öz təsirini gücləndirərək, dünyanın dinamik inkişaf edən ölkələrindən biri kimi regionda söz sahibi olub. Prezident cənab İlahm Əliyevin ölkə daxilində həyata keçirdiyi siyasət və islahatlar, həmçinin regionda və beynəlxalq səviyyədə ölkəmizin mövqeyini gücləndirib. 
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək,  Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını özünə qaytarmaq vəzifəsidir. Xalq və dövlət birliyi nəticəsində torpaqlarımız düşmən işğalından azad olundu və xalqımız bir daha sübut etdiki öz Müzəffər Ali Baş Komandanının ətrafında sıx birləşib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi, konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.

Neftçala RİH-in başçısı, Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar, kəndin mavi yanacaqla təmin olunması, kənddaxili yolun təmiri, dayanacaq və milliön aparatının quraşdırılması, ünvanlı sosial yardımın verilməsi və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib. 

Vətəndaşlar, göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Seçilən
1
50
unikal.az

10Mənbələr