Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 105 milyon 857 min 700 manat olub.
Bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 % çoxdur.
Məlumata görə, bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 1,7 % artaraq 224,8 manat olub.