AZ

ABŞ Senatı kiçik Kennedini Səhiyyə Nazirliyinin rəhbəri vəzifəsinə təsdiq edib

ABŞ Konqresinin yuxarı palatası Səhiyyə Nazirliyinin rəhbəri vəzifəsinə kiçik Robert Kennedinin namizədliyini dəstəkləyib, bu barədə “İnterfaxs.ru” Amerika mətbuatına istinadən xəbər verir.

52 senator Kennedinin lehinə, 48 senator isə əleyhinə səs verib.

Keçən həftə Senatın Maliyyə Komitəsi Kennedinin lehinə səs verdi. O, bir səslə təsdiqləndi: komitədəki 14 respublikaçının hamısı onun namizədliyinin lehinə, 12 demokrat və bir müstəqil deputat əleyhinə səs verib.

Amerika mediası xatırladır ki, büdcəsi 1,7 trilyon dollar olan Səhiyyə Nazirliyinin rəhbəri, xüsusən də peyvənd və ictimai sağlamlıq tədbirləri, xəstəxanaların yoxlanılması və qida keyfiyyətinə nəzarət, tibbi sığortanın təmini, təhlükəli xəstəliklərin öyrənilməsi sahəsində tövsiyələrə nəzarət edir.

Kiçik Kennedi prezident Con Kennedinin qardaşı oğlu və baş prokuror Robert Kennedinin oğludur. O, ABŞ prezident seçkilərində iştirak etməyi planlaşdırsa da, namizədliyini geri götürüb və Trampı dəstəkləyib. Media Kennedini peyvənd əleyhinə hərəkatın fəal fiqurlarından biri adlandırır. Xüsusilə, o, peyvəndlərin uşaqlarda autizmə səbəb olması fikrini ifadə edib, həmçinin koronavirus pandemiyası zamanı dezinformasiya yaydığı üçün “Instagram” sosial şəbəkəsində (Meta şirkətinə məxsus) bloklanıb.

Almaz Həsənli

Seçilən
24
2
oxumeni.az

3Mənbələr